Təcili-tibbi yardım şöbəsi

Təcili-tibbi yardım şöbəsi Yoluxucu Xəstəliklər Mərkəzinə daxil olan bütün pasiyentlərə günün 24 saatı fasiləsiz tibbi xidmət göstərir. Şöbə müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur və təcrübəli həkimlərdən, tibb bacılarından və sanitar heyətdən ibarətdir.

Şöbənin əsas məqsədi

Yoluxucu xəstəliklərdən əziyyət çəkən pasiyentlərə operativ tibbi yardım göstərmək, vəziyyəti stabilləşdirmək və zəruri hallarda onları müvafiq şöbələrə yönləndirməkdir.

Göstərilən xidmətlər

  • Qızdırma, halsızlıq, öskürək, səpki, qusma və digər kəskin simptomlarla müraciət edən pasiyentlərin ilkin müayinəsi

  • Qan təzyiqi, nəbz, oksigen səviyyəsi və digər həyati göstəricilərin monitorinqi

  • Serum, inyeksiya, infuziya və təcili dərman müdaxilələrinin aparılması

  • Yoluxucu xəstəlik şübhəsi olan pasiyentlərin ilkin izolyasiyası və infeksiya nəzarəti tədbirlərinin görülməsi

  • Zərurət yarandıqda pasiyentin stasionar şöbəyə yerləşdirilməsi

Avadanlıqlar və şərait

  • Şöbə EKQ, monitorinq cihazları, oksigen sistemləri, təcili dərman və sarğı vasitələri ilə təmin olunub. Hər pasiyent üçün fərdi tibbi ləvazimatdan istifadə edilir və dezinfeksiya rejiminə ciddi riayət olunur.

 

Peşəkar xidmət

Mərkəzimizdə təcili tibbi yardım beynəlxalq protokollara əsasən, müasir avadanlıqlarla göstərilir.

Fasiləsiz xidmət

7/24 rejimində fəaliyyət göstərir Hər növbədə infeksion xəstəliklər üzrə növbətçi həkim, tibb bacısı və sanitar heyət xidmət göstərir.

İnfeksion nəzarət

Bütün prosedurlar sanitar-gigiyenik qaydalara uyğun aparılır, pasiyent və personalın təhlükəsizliyi təmin olunur.

İcbari Tibbi Siğorta ilə xidmət

Təcili tibbi yardım xidmətləri İcbari Tibbi Sığorta çərçivəsində tam ödənişsiz göstərilir.
img-new-01

Təcili yardım şöbəsinin həkimləri

Ən çox verilən suallar

Ev şəraitində özbaşına müalicə etməyin. Əlamətlər 2 gündən çox davam edərsə, mərkəzimizə və ya ailə həkiminizə müraciət edin.

  • Əlləri tez-tez sabunla yuyun

  • Maskadan istifadə edin (xüsusilə tənəffüs yolu infeksiyalarında)

  • Peyvəndləri vaxtında vurun

  • Yoluxmuş şəxslərlə təmasdan çəkinin

  • Sağlam qidalanın və immuniteti güclü saxlayın

Əsasən hava-damcı yolu (asqırma, öskürmə), qan, cinsi əlaqə, qida və su vasitəsilə, eləcə də yoluxmuş səthlərlə təmas zamanı yayıla bilər.